ödəniş kartı

Kart sahibi tərəfindən malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən plastik (debet və ya kredit) kartdır

oyunlar və mərclər
öhdəlik
OBASTAN VİKİ
Nağd ödəniş
Ödəniş tapşırığı
Ödəniş tapşırığı - Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsi ilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976 – cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002 – ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat ”ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ( “V” formatlı ödəniş tapşırığı istisna olmaqla ) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. == “ A ” formatlı ödəniş tapşırıqları ilə hesablaşmalar == Ödəniş tapşırıqları ilə hesablaşmalar “A” və “B” formatlı olur. “ A ” formatlı ödəniş tapşırığının “A1” hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, “A2” hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, “B1” hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, “B2” hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, “C1” hissəsində ödəniş aparılan valyutanın növü, “C2” hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Podorojnik (nəqliyyat kartı)
Podorojnik (rus. Подорожник) — Sankt-Peterburqda ictimai nəqliyyatda ödəniş etmək üçün istifadə edilən təkrar doldurulan nəqliyyat kartı. 1 yanvar 2011-ci ildə təqdim edilib. Sistemi Hollandiyanın “Mifare” texnologiyasına əsaslanan London “Oyster kart”ın analoqudur. Sistem həmçinin 2013-cü ilin aprelində "Troyka"nın tətbiq olunduğu Moskva Nəqliyyat Departamentindən götürülmüşdür. İstənilən etibarlı, güzəştsiz uzunmüddətli səyahət bileti “Podorojnik” kartına verilə və ya kartdan “elektron pul kisəsi” kimi istifadə oluna bilər.
SVGA ekran kartı
Troyka (nəqliyyat kartı)
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
арго́нный баскетбо́л педологи́ческий подыто́жить после- убе́жище электротерми́ст кенгури́ный кисло́тный моло́чно-животново́дческий облега́ние па́льмовый позвя́кивание руга́тельница сгусти́ться шути́ть airletter dissecting-room governorship guv homosexual jacobin vivification газовать неведомо